Aprelin 30-da, saat 11:00-da “Para” ASC bank olnayan kredit təşkilatının (BOKT) səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək. Fins.az Report-a istinadən xəbər verir ki, yığıncaqda BOKT-un Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi, 60 ünvanında yerləşən konfrans zalında olacaq. Yığıncağın gündəliyinə kredit təşkilatının nizamnamə kapitalına yenidən baxılması və digər məsələlər daxildir.
Xatırladaq ki, hazırda “Para”nın nizamnamə kapitalı 38,87 mln. manatdır.