Dünyanın nəhəng Mərkəzi Bankları Donald Trampın proteksionizm siyasəti fonunda dollarda olan ehtiyatlarını avro ilə əvəz etmək niyyətindədirlər. Fins.az xəbər verir ki, bu barədə Bloomberg nalitiklərə istinadən xəbər yayıb.
Hazırda bütün dünya üzrə valyuta ehtiyatlarının 64% ABŞ valyutası olan dollarda saxlanılır. Analitiklərin fikrincə hazırda avronun alışı heç zaman olmadığı qədər cəlb edicidir.
“Wall Street”in eksperrtlərindən biri olan Jens Nordvig in fikrincə artıq nəhəng mərkəzi bankları dolları avroya çevirməkdə maraq göstərirlər. Çox güman ki, 2020-ci ildək 500 milyard dollar avroya çevrilsin.
Analitiklərin fikrincə dolların dominantlığı saxlanılacaq bir müddət,lakin müəyyən bir məbləğin dollar yox , başqa valyutaya keçməsi ciddi nəticələrə səbəb ola bilər.
ABŞ prezidenti 9 martda aliminium və poladın idxalına müəyyən məhdudiyyətlər tətbiq edib. Çindən idxal olunan mallara da həmçinin. Baş verənlər Çin Xalq Hökumətinin rəhbərliyinin qəzəbinə tuş gəlib. ABŞ a cavab olaraq Çin də müəyyən məhdudiyyətlərin tətbiq edə biləcəyini qeyd edib. Qeyd edək ki, Avropa Birliyi ölkələri də yaranmış vəziyyət narazılıqlarını bildiriblər.
Müəllif: Xeybər Heydərov