İsveçrənin ikinci ən böyük bankı “Credit Suisse”ın rəhbəri Tidjane Thiamın 2017-ci ildə gəliri 9.7 million frank olub. Fins.az Watson.ch a istinadən xəbər verir ki, bank rəhbərinin orta hesabla sutka ərzində gəliri 40 min frank olub.
Qeyd edək ki, Credit Suisse son zamanlar heç də ən yaxşı günlərini yaşamır. Bankın yalnız ziyana işlədiyi artıq çoxdandır ki, məlumdur. 2016-cı ildə bank 2.7 milyard, 2017-ci ildə isə 983 milyon frank maliyyə itkisi ilə üzləşib. Qeyd edək ki, bankın yaydığı məlumata görə, ABŞ vergi reformalarından sonra bank maliyyə itkisi ilə yanaşı filiallarının bir çoxu gəlirliyi çıxa bilib.
Hazırda bankın rəhbəri Kot-D”İvuardan olan Tidjane Thiamdı. O 2015-ci ildə bu postda Brady Douganı əvəz edib.
Məlumat üçün bildirək ki, “Credit Suisse” İsveçrədə UBS bankdan sonar ikinci ən böyük bankdır. Son məlumata görə,“Credit Suisse” 2016-cı ildə 50 min işçi çalışıb.
Müəllif: Xeybər Heydərov