31 Oktyabr

"5,10,15 və ya 20 ildən sonra bank hesablarını bu pul kisələri əvəz edəcək"

“Deutsche Bank” da rəhbər şəxslərdən olan Markus Şenk yaxın 15-20 il ərzində bank hesablarının tarixə qovuşacağını hesab edir. Fins.az xəbər verir ki, bu barədə bank nümayəndəsi Bloombergin təşkil etdiyi Avropa bazarları üzrə maliyyə forumunda bəyan edib.

Markus Şenkin fikrincə kriptovalyutalar və blokchain texnologiyası fantastik sürətlə inkişaf edir və bu səbəbdən tezliklə bank sektorunu da bu yeniliklər əhatə edəcək. Onun fikrincə gələcəkdə insanlar pullarını , kriptovalyuta online pul kisələrində saxlayacaqlar ki, bununla da bank hesablarına ehtiyac olmayacaq. “Deutsche Bank” rəsmisi tədbir zamanı onu da bildirib ki,”Əgər banklar gələcəkdə maliyyə sektorunda öz yerlərini qoruyub saxlamaq istəyirlərsə, o zaman ingilis dili bilən maliyyəçilər əvəzinə, işə bir neçə proqram dili bilən və kriptovalyuta pul kisələrini idarə edə bilən peşəkar İT mütəxəssislərini götürməlidirlər”.

Müəllif: Xeybər Heydərov