31 Oktyabr

Azərbaycan və MDB banklarının analitik toplusu çapdan çıxıb

MDB-nin Maliyyə-Bank Şurası tərəfindən "İnterfax" beynəlxalq informasiya holdinqi və MDB-nin Beynəlxalq Statistika Komitəsi ilə birgə nəşr etdiyi "MDB ölkələri bankları. 2016-cı ilin yekunları" analitik toplusu çapdan çıxıb. Fins.az “Report”-a istinadən xəbər verir ki, statistik topluya 9 ölkənin - Azərbaycan, Rusiya, Ukrayna, Qazaxıstan, Belarus, Özbəkistan, Moldova, Ermənistan və Qırğızıstanın bankları haqqında məlumatlar daxil edilib.

Topluda bu dövlətlərin milli və mərkəzi banklarının, iqtisadi informasiya agentliklərinin, banklarının saytlarında dərc olunmuş məlumatlardan istifadə edilib.

"MDB ölkələri bankları. 2016-ıc ilin yekunları" analitik toplusunda bankların fəaliyyətlərinin əsas həcm göstəriciləri və onların dinamikası faizlərlə öz əksini tapıb. Kolleksiya 10 ildən çox müddətdə illik olaraq nəşr olunur.