“Hazırda “AGBank”ın bazarda hər hansı bankla birləşməyi müzakirə olunmur”. Fins.az “APA-Economics”-a istinadən xəbər verir ki, bunu “AGBank”ın İdarə Heyətinin sədri Əfqan Cəlilov deyib.
Onun sözlərinə görə, konsolidasiya olsa belə, bu, normal prosesdir. “İstənilən kommersiya qurumu buna öz marağı baxımından yanaşacaq. Hər hansı maraqlı təklif gəlsə, birləşmə nəticəsində hansısa güclü bir maliyyə qurumu yaranacaqsa, niyə də yox?! Birləşmə müsbət prosesdir. Ancaq təəssüf ki, birləşmə, həmçinin iki böyük problemli bankın birləşməsi ilə bir böyük problemli bankın yaranması kimi də ola bilər. Bundan başqa, hər hansı güclü bank zəif bankı özünə birləşdirə bilər. Burada da məqsəd onun müştəri bazasını əldə etmək ola bilər. Sadəcə birləşmə xətrinə bunu etməyin mənası yoxdur. “AGBank” konsolidasiyanın nəticəsində iqtisadi marağı olduğu halda konsolidasiyaya gedə bilər. Sadəcə konsolidasiya etmək xətrinə konsolidasiya mənasız bir şeydir,” – deyə Ə. Cəlilov bildirib.