31 Oktyabr

Banklar yenidən böhran barədə düşünməyə başlayıblar

Avropa banklarında zərərli kreditlərin həcmi 1.17 trilyon dollar təşkil edir. Əsasda ağır vəziyyət İtaliya və Yunanıstan banklarındadır. Həmçinin ABŞ və Yaponiya banklarında da ciddi problemlər üzə çıxmaqdadır. Rusiya banklarında isə ipoteka köpüyünün partlaması kimi təhlükə istisna edilmir.

Bloomberg agentliyinin hesablamalarına görə Avropa bankları 944 milyard avro həcmində kredit geri qaytara bilmirlər. Problemli kreditin həcminin artması Avropa banklarına yeni kredit verilməsini çətinləşdirib.

İşlənməmiş kreditlərə görə Yunanıstan bankları Avropa bankları arasında”liderdir” . İtaliyada isə problemli kreditləri həcmi 224.2 milyard avro təşkil edir. Bu da Avropada problemli kreditlərin 25%-ni təşkil edir. Beynəlxalq Valyuta Fondunun ekspertlərinin hesablamalarına görə,Yunanıstanda işləməyən kreditlərin həcmi 112.3 milyard avro, İspaniyada 131.4 milyard avro , İrlandiyada isə 26 milyard avro təşkil edir.

Əksər Avropa bankları öz borclarından xilas ola bilmirlər. Bank sektrounda olan problemlərə görə Avropa Mərkəzi Bankı uçot dərəcəsini qaldırmaq haqqında düşünmür.

Son zamanlar Avropa bankları işçilərin sayını artırmağa üstünlük verirlər. Lakin əvvəl ki, illərdə banklarda bunun əksi müşahidə olunurdu. Əsasəndə banklar audit və texnologiya departamentlərinin işçilərinin sayını artırmağa can atırlar.

Həmçinin Avropa Bankları arasında orta göstəricidən də aşağı gəlir əldə edən bankların siyahısı tərtib olunub. Bunlar Deutsche Bank, Barclays, Citigroup, Societe Generale, Unicredit, Standard Chartered Bank (SCB), Sumitomo Mitsui Financial Group, Mitsubishi UFJ Financial Group, Mizuho Financial Group-dur. Bu bankların kifayət qədər gəlir əldə edə bilməməsi onların gələcək kapitallarını formalaşdırmaqda çətinlik yaradır.

Müəllif: Xeybər Heydərov