31 Oktyabr

Turistlərin bank kartları üzrə əməliyyatları 1 milyard manatdan çox olub -AZƏRBAYCANDA

Azərbaycan Mərkəzi Bankının (AMB) təqdim etdiyi məlumatlara əsasən, respublikamıza gələn xarici vətəndaşların bank kartları üzrə əməliyyatları 2017-ci ildə 1 milyard manatdan çox olub. Fins.az xəbər verir ki, bu da 2016-cı illə müqayisədə 70% artım deməkdir.

Azərbaycana gələn xarici vətəndaşların bank kartları üzrə əməliyyatlarının həcminə görə 2016-cı ildə iyun, dekabr və noyabr ayları seçilsə də, 2017-ci ildə avqust, iyul və sentyabr ayları daha çox fərqlənib. Təsadüfi deyil ki, 2017-ci ildə ölkəmizi ziyarət edənlərin də böyük hissəsi məhz iyul, avqust və sentyabr aylarında gələnlərdir.

Müəllif: Xeybər Heydərov