“Moody's” beynəlxalq reytinq agentliyi “Ziraat Bank”ın xarici valyutada uzunmüddətli yüksək təminatlı borc reytinqini və yerli valyutada depozit reytinqini “Ba1” səviyyəsindən “Ba2” səviyyəsinə endirib. Fins.az xəbər verir ki, reytinq agentliyinin yaydığı məlumata istinadən xəbər verir ki, reytinq üzrə proqnoz da “neqativ”dən “stabil”ə yüksəldilib.
Məlumatda bildirilir ki, bankın xarici valyutada uzunmüddətli depozit reytinqi isə “Ba2” səviyyəsindən “Ba3” səviyyəsinə endirilib, reytinq üzrə proqnoz da “neqativ”dən “stabil”ə yüksəldilib. “Bu reytinq dövlətin suveren reytinqinin aşağı salınması ilə ehtiyac yarandığı halda banka dövlət dəstəyinin zəifləyəcəyini əks etdirir. Reytinq üzrə proqnozun stabil olması isə birbaşa Türkiyənin suveren reytinqi üzrə proqnozla bağlıdır.