Azərbaycan Beynəlxalq Bankı" ASC (ABB) ödəniş qabiliyyətini bərpa edib. Fins.az "Report"-a istinadən xəbər verir ki, bu barədə "Moody's" Beynəlxalq Reytinq Agentliyinin açıqlamasında bildirilir. Xatırladaq ki, "Moody's" bu il yanvarın 26-da ABB-nin xarici və yerli valyutada olan uzunmüddətli reytinqlərini "Caa1" səviyyəsindən "B3" səviyyəsinə qaldırıb.