31 Oktyabr

Turizm sahəsində çalışan sahibkarlara 300 min manat kredit verilir

Əgər siz turizm sahəsində fəaliyyət göstərən sahibkarsızsa o zaman bu kredit növündən faydalana bilərsiz. Belə ki,turizm sahəsində çalışan sahibkarlara 300 min manat kredit verilir. Fins.az xəbər verir ki,Bank of Baku turizm sahəsində çalışan sahibkarlara 20 mindən 300 min manat və ya dollaradək kredit verir. Götürülən məbləğ üçün müddət 3-36 ay arasında dəyişir. Kreditin rəsmiləşməsinə görə 1% komissiya haqqı tutulur. Tələblərə görə kredit götürənin yaşı minimum 20 olmalıdır.

Müəllif: Xeybər Heydərov