31 Oktyabr

Depozit hərracında tələb təklifi üstələyib

Bu gün Mərkəzi Bank (AMB) tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə növbəti depozit hərracı keçirilib. Fins.az xəbər verir ki, hərracda tələb 1 mlrd. 131,7 mln. manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 8,01% təşkil edib. Nəticədə depozit hərracında tələb təklifi 5,7 dəfə üstələyib.

Məlumat üçün bildirək ki, bugünkü depozit hərracında 200 mln. manat vəsaitin cəlbi nəzərdə tutulmuşdu.