31 Oktyabr

Maliyyə sektorunun kreditləşməsi bir ildən sonra artım göstərib

Azərbaycanda maliyyə və sığorta sektorunun kreditləşməsi bu il fevralın 1-nə 270,4 mln. manat təşkil edib. Fins.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, hesabtda qeyd olunur ki, kredit qoyuluşunda aylıq müqayisədə 34,9% artım olduğu halda , illik müqayisədə azalma var. Belə ki, azalma 46,5% olub. Bununla da, sektorun kreditləşməsi bir illik fasilədən sonra ilk dəfədi ki, artım göstərib.