31 Oktyabr

Azərbaycanın bank sektoru aktivlərinin 7%-ni Mərkəzi Bankda saxlayır

Bu il yanvarın 1-nə olan vəziyyətə görə, Azərbaycanın bank sektorunun aktivlərinin 7,28%-ni Mərkəzi Bankdakı müxbir hesablarda saxlanılan vəsaitlər təşkil edib. Fins.az xəbər verir ki,bu, "Renkinq"in apardığı araşdırma nəticəsində məlum olub.

Ayrı-bank banklarda isə sözügedən nisbət fərqlidir. Belə ki, ölkədəki 30 bankdan 17-si Mərkəzi Bankdakı vəsaitlərinin aktivlərindəki payı barədə məlumat verib ki, bunların da arasında ən yüksək göstərici "Naxçıvan Bank"da (33,55%), ən aşağı göstərici isə "AGBank"dadır (0,85%).