Azərbaycan Mərkəzi Bankı (AMB) vəsaitlərin cəlb edilməsi üzrə növbəti dəfə depozit hərracı keçirəcək. AMB-dən Fins.az-a verilən xəbərə görə, martın 12-də keçiriləcək hibrid depozit hərracında 200 mln. manat məbləğində vəsaitin cəlbi nəzərdə tutulur. Depozit hərracının müddəti 14 gün təşkil edir.
"Bloomberg" ticarət platformasında keçiriləcək hərrac üzrə faiz dərəcələri 8,01 - 12,99% təşkil edir.