31 Oktyabr

Xarici valyuta ilə orta depozit faizi minimuma enib

Azərbaycanda xarici valyuta ilə yerləşən depozitlərin orta illik faiz dərəcəsi 2018-ci il fevralın 1-ə 2,92% təşkil enib.

Fins.az xəbər verir ki bu barədə Azərbaycan Mərkəzi Bankının aylıq hesabatında məlumat yer alıb. Qeyd edək ki bu son 15 ildə indiyə qədər qeydə alınmış ən aşağı faiz dərəcəsidir.

Hesabata əsasən, xarici valyuta ilə depozit faizləri aylıq müqayisədə 0,08 faiz bəndi, illik müqayisədə isə 1,48 faiz bəndi azalıb. Fevralın 1-ə fiziki şəxslər üzrə depozit faizi isə 3,58% , hüquq şəxslər üzrə depozit faizi 1,4% təşkil edib.