Azər Türk Banka yeni departament direktoru təyin edilib. Fins.az xəbər verir ki, Bankın mətbuat xidmətindən verilən məlumata görə, Rasim Hacıyev bankın Strateji Planlaşdırma və Marketinq Departamentinin direktoru vəzifəsinə təyin edilib. R.Hacıyev bundan əvvəl marketinq sahəsi üzrə ölkənin aparıcı biznes qurumlarında çalışıb.
1995-ci ildən fəaliyyət göstərən “AzərTürk Bank” ASC-nin səhmlərinin 75 faizi Azərbaycan dövlətinə məxsusdur.