Azərbaycanda bank olmayan kredit təşkilatlarının (BOKT) kredit ittifaqları ilə birlikdə ölkə iqtisadiyyatına kredit qoyuluşu bu il 1 fevrala 413,9 mln. manat olub. Fins.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, kredit qoyuluşu illik müqayisədə 8,9% azalıb, aylıq müqayisədə isə 1,5% azalıb.