31 Oktyabr

"Bank Melli İran-Baku"ya məxsus binanın söküntüsü ilə bağlı məhkəmə prosesi bu il yekunlaşacaq

"Bank Melli İran-Baku"ya məxsus binanın sökülməsi ilə bağlı maliyyə qurumu ilə Bakı Şəhər İcra Hakimiyyəti gedən məhkəmə prosesinin 2018-ci ildə yekunlaşacağı gözlənilir. Fins.az xəbər verir ki, “Report” bu barədə İran bankının Bakı filialının illik audit hesabtına istinadən xəbər verir.

Xatırladaq ki, Bakı meriyasının yeni parkın tikintisinə dair 18 noyabr 2014-cü il tarixli sərəncama əsasən, "Bank Melli İran-Baku"ya məxsus 9 295 964 manat dəyəri olan bina sökülüb. Tərəflər kompensasiya məsələsində razılığa gələ bilmədiyindən işə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində baxılır.

Qeyd edək ki, sözügedən binanı ləğv prosesində olan "Royal Bank" ASC İran bankından götürdüyü depozit qarşılığında girov qoyub. Bakı filialı daşınmaz əmlakı 2013-cü ildə, məhkəmə qərası əsasında müsadirə edib. Müstəqil qiymətləndirici ona 9,4 mln. manat qiymət qoyub.