31 Oktyabr

Bu bankın səhmləri 12-13 qəpiyə satılır – AZƏRBAYCANDA

Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 13-ü Açıq Səhmdar Cəmiyyətdir. Bu isə o deməkdir ki, bu bankların səhmlərini almaq olar. Ölkəmizdə bu qədər bank ASC olduğu halda demək olar ki, onların səhmlərinin dəyəri barədə çoxlarımızın məlumatı yoxdur. Odur ki, Fins.az ASC bankların səhm dəyərini öyrənməyə çalışıb.

Ölkəmizdə fəaliyyət göstərən investisiya şirkətlərindən birinin Fins.az –a verdiyi məlumata görə, "Azərbaycan Beynəlxalq Bank"ın bir səhminin nominal dəyəri 27 qəpik olmasına baxmayaraq, təkrar bazarda bu bankın səhmləri 12-13 qəpiyə alınıb satılır.

İnvestisiya şirkətindən verilən məlumata görə, hazırda adı çəkilən bankın səhmlərini satanlar var. Bankın səhmlərinin minimal alış sayı isə məhdud deyil.

Lakin digər bir bank, "Kapital Bank"ın səhmlərinə gəlincə bu bankın səhmlərinin nominal dəyərinin 12.39 manat olduğu halda səhm bazarında 24-25 manata satıldığı bildirildi. Həmçinin o da vurğulandı ki, hazırda Kapital Bankın səhmlərini əldə etmək mümkün deyil. Çünki satan yoxdur.

Qeyd edək ki, banklar arasında səhmi min manata olan banklar da var. Belə ki, "Accsessbank"ın səhmi 2 min manat olduğu halda "Gunaybank"ın səhmi min manatdır.

Müəllif: Xeybər Heydərov