31 Oktyabr

Bu ildən valyuta mübadilə məntəqələrinin fəaliyyəti lisenziyalaşdırılacaq

Bu ildən Azərbaycanda valyuta mübadilə məntəqələrinin fəaliyyətinin lisenziyalaşdırılmasına başlanacaq. Fins.az xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2017-ci ildə fəaliyyəti haqqında hesabatda əksini tapıb.

Hesabatda qeyd olunub ki, "Valyuta tənzimi haqqında" qanunda edilən dəyişikliklərlə bağlı valyuta mübadiləsi fəaliyyətini həyata keçirən subyektlərin fəaliyyətini tənzimləyən hüquqi çərçivə formalaşdırılıb.