Bu ilin yanvar ayında Azərbaycan bankları Maliyyə Bazarlarına Nəzarət Palatasına (MBNP) 400 mln. manatlıq səhm emissiyası üçün müraciət edib. Fins.az Report-a istinadən xəbər verir ki, bu barədə qurumun baş icraçı direktoru İbrahim Alışov məlumat verib.
“Banklar yetərincə kapital itkilərinə məruz qalıblar. Son iki ildə bankların əlavə kapital inyeksiyası 1,2 mlrd. manat olub. 2018-ci ilin ilk aylarında isə Palataya 400 mln. manatlıq səhm emissiyası üçün müraciət olunub”, - deyə o, qeyd edib.
MBNP rəsmiosinin sözlərinə görə, haızrda kapital artımı ilə bağlı banklarla mütəmadi müzakirələr aparılır: “Palatanın bank rəhbərləri və səhmdarları ilə mütəmadi apardığı müzakirələrdə ilk növbədə kapitalın artırılmasında, mövcud itkilərin bərpa olunmasında bank sahiblərinin şəxsi vəsaitləri hesabına inyeksiya imkanları nəzərdən keçirilir. Gələcəkdə, ortamüddətli dövrdə banklar mənfəətlə işləyəcəklər və bunun hesabına əlavə kapital təhlükəsizliyi formalaşdıracaqlar".