31 Oktyabr

Şirzad Abdullayev: “SKMF kreditləşməni 50% artırıb”

Bu ilin yanvar-fevral aylarında İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) 33 mln. manat güzəştli kredit verib. Fins.az “Report”-a istinadən xəbər verir ki, bu barədə Fondun icraçı direktoru Şirzad Abdullayev məlumat verib. Onun sözlərionə görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 50% çoxdur.

Qeyd edək ki, SKMF bu il 170 mln. manat güzəştli kredit verməyi planlaşdırır.