31 Oktyabr

Bank hesablarının idarə olunması üçün müasir seçimlər - KÖŞƏ YAZISI

Cəmiyyətdə fəal çalışan və inkişaf edən müasir iş adamının göstəricilərindən biri onun bank hesabının mövcud olmasıdır. Əhalinin maliyyə xidmətlərinə çıxışı ölkənin iqtisadi vəziyyətini əks etdirir. Müsbət haldır ki, Azərbaycanın bank sisteminin səyləri sayəsində son illərdə sistemdə fiziki şəxslərin bank hesablarının artım tendensiyası müşahidə olunmaqdadır. Fins.az Bank hesabların idarə olunması üçün müasir seçimlər mövzusunda Teymur Heybətovun köşə yazısnı təqdim edir.

Müştərilərin bank hesablarının sayı:

il

Bank müştərilərinin sayı (dövrün sonuna)

Müştəri hesablarının sayı (dövrün sonuna)

2009

1941067

2262771

2010

2588957

3173876

2011

2916678

4077125

2012

3702832

5899888

2013

5275532

8999842

2014

5146029

13985130

2015

5716385

16229206

2016

5352456

15161312

2017

5772040

16120944

Əmək haqqı və ya pensiyaödənişlərini kart vasitəsilə alan kart sahiblərinin əksəriyyəti kartın birbaşa bank hesabı ilə bağlı olmasını bilmirlər və həmin kartlardan yalnız bankomatdan pul çıxarılması üçün deyil, gündəlik həyatda daha geniş istifadəsinin mümkünlüyü barədə məlumata malik deyillər. Reallıqda, texnologiyaların inkişafı və maliyyə qurumlarının təklif etdiyi yeni məhsullar sayəsində bank hesablarının istifadəsi getdikcə daha geniş yayılmışdır, hesabların idarə edilməsi və hesabda vəsaitlərə dair qərarların verilməsiisə daha rahat və effektiv olmuşdur.

Beləliklə, bank hesabı nədir? Sadə dildə desək, şəxsin nağdsız pul dövriyyəsində iştirakına imkan yaratmaq və lazımi məqsədlərə hesabda nağdsız vəsaitlərin toplanmasıüçün bank tərəfindən hüquqi və fiziki şəxslərə açılan hesabdır. Bank hesabının sayəsində fiziki və ya hüquqi şəxs vəsaitləri saxlamaq və onları artırmaq, malların və xidmətlərin haqqınıməsafədən ödəmək, digər fiziki və ya hüquqi şəxslərdən pul almaq və yaxud onların hesablarına pul köçürmək, həmçinin lazım olduqda nağd pul çıxarmaq imkanlarına sahib olur.

Bank hesabı açmaq üçün maliyyə institutlarına ərizə və şəxsiyyətinizi təsdiqləyən sənəd təqdim etməyiniz tələb olunur. Məlumatları diqqətlə yoxladıqdan və aranızda müqavilə imzalandıqdan sonra bank sizə hesabınızın rekvizitlərini təqdim edəcəkdir.

BANK HESABININ RAHAT İDARƏ EDİLMƏSİ ÜÇÜN ALƏTLƏR:

İnsanlar hesab üzrə əməliyyatları həyata keçirilmək üçün bankın ofisinə getməyə vərdiş ediblər. Texnologiyanın inkişafı ilə banklar hesabın idarə edilməsi və nağdsız ödənişləri həyata keçirmək üçün daha əlverişli üsullar təklif edirlər. Öz vəsaitlərini idarə etməkdə insanların həyatını maksimal asanlaşdıran internet bankçılıq, bank kartları və mobil bankinq kimi xidmətlər yaranıb.

İNTERNET BANKÇILIQ:

Bir çox maliyyə təşkilatlarıinternet bankçılıq vasitəsilə hesabların rahat idarə edilməsi imkanını təklif edir. Bu xidmət sizə bir hesabdan digərinə pul köçürmək, kommunal xidmətləri ödəmək, telefon balansınızı artırmaqkimi imkanlar yaradır. Bununla bərabər, siz istənilən anda ödəniş tarixçənizə baxa və hesabdakı pul vəsaitlərini yoxlaya bilərsiniz.Sərf edilən vəsaitlərin şəffaflığı və dəqiqliyi isə ailə büdcəniziplanlaşdırmaqda sizə kömək edir.

MOBİL BANKÇILIQ:

Mobil bankçılıqinternet bankçılıq xidmətinə oxşardır və mobil telefon (smartfon və ya sadə mobil telefon) və ya planşet vasitəsi ilə hesaba daxil olmaq imkanı verən xidmətdir. Mobil bankçılıqdan istifadə edərək əməliyyatlar aparmaq üçün də adətən internet bağlantısı tələb olunur.

Mobil bankçılıq vasitəsilə hesabın idarə edilməsinin rahatlığı bir sıra üstünlüklərə malikdir. "Mobil" sözü hesab sahibinin internetə çıxışı olan mobil telefonla bu xidmətdən istənilən vaxtda istifadə edə biləcəyini ehtiva edir. Hesabınıza daxil olmaq üçün əlavə vaxt sərf etməyə ehtiyac yoxdur.

BANK KARTLARI:

Bank hesabını idarə etmək üçün digər effektiv və geniş yayılmış üsul bank kartından istifadə etməkdir. Bank kartı mal və xidmətlərin alınması zamanı pul kissəsiilə eyni rol oynayır, lakin bu halda vəsaitləriniz oğurluq və itkidənyaxşı qorunur. Bank kartları növü və funksiyasından asılı olaraq fərqləndirilir.

Vəsaitlərin növü ilə bağlı bank kartları debet kredit kartlarına bölünür. Bir çox insanlar bank kartını nəzərdə tutaraq səhvən "kredit kartı" terminindən istifadə edir. Əslində isə kredit kartının fərqli ondan ibarətdir ki, kartda olan vəsait kredit olaraq ayrılır və həmin vəsaitdən istifadə üçün faizlər ödənilir.

Debet və kredit kartları barəsində statistika

Debet kartında isə kart sahibinə məxsus olan və bank hesabında olan puldan istifadə olunur. Məsələn, əmək haqqı kartınız varsa, onda siz işçisi olduğunuz şirkətinsizin bank hesabınıza köçürdüyü vəsait həcmində pul çıxara və ya xərclərə bilərsiniz.

Debet və kredit kartları barəsində statistika

il

Ödəş kartları ümumi sayı, min ədəd, (dövrün sonuna)

Debet və kredit kartları vasitəsilə aparılan əməliyyatların

Sayı, min əməliyyat

Həcmi, mln manat

2010

4231

5239

755

2011

4580

5068

771

2012

5008

5753

926

2013

5673

7196

1149

2014

5965

8030

1245

2015

5659

7811

1250

2016

5334

8073

1299

2017

5800

9449

1546

Bank kartları həmçinin daxili (yerli) və beynəlxalq növlərə bölünür. Daxili kartlar yalnız ölkə daxilində və əsasən yalnız şəbəkə içində istifadə edilə bilər;bu cür kartın sahibi yalnız emitent bankının bankomatlarından pul çıxara bilər. Beynəlxalq kartlar və ödəniş sistemləri isə dünyanın əksər ölkələrində pul vəsaitlərini çıxarmaq və əməliyyatlar aparmaq imkanı verir.

Beynəlxalq ödəniş sistemləri bank hesabınızı bütün dünyada idarə etməyə imkan verir. Azərbaycanın maliyyə təşkilatlarında bu sistemlərə qoşulmuş kartlar almaq mümkündür. Sizə nağd pul çıxarmaq, internetdən alış-veriş və internet mağazalarında ödənişlər etmək üçün imkan verən bir sırabank kartları mövcuddur. Kart itirildikdə, pulun oğurlanması riskini minimuma endirmək üçün kartı dərhal blok etmək lazımdır. Bunun iki yolu var:ən geniş yayılmış üsul banka zəng edib, kartın itirilməsi barədə məlumat verməkdir. Onu da qeyd edək ki, bu halda bank işçisi sorğu vərəqəsini doldurduğunuz zaman daxil etdiyniz şifrə və yak od sözünüsizdən soruşacaq. İkinci yol isə kartı internet və ya mobil bankinq vasitəsilə blok etməkdir.

Bank hesabının idarəolunmasının digər bir üsulu isə vəsaiti artırmaq (CASH IN), çıxarmaq (CASH OUT), krediti ödəmək və s. əməliyyatları həyata keçirmyə imkan verən bankomatlardır. Bu seçim əldə nağd vəsait olduqda onları hesaba daxil etməküçün xüsusilə rahatdır.