31 Oktyabr

Bankların kredit portfeli azalıb

Azərbaycan banklarının kredit portfeli azalır. Belə ki, müştərilərə verilən kreditlərin həcmi azalaraq 11 milyard 242,2 milyon manata enib. Maliyyə Bazarlarına Nəzarət Palatasından Fins.az-a daxil olan məlumata görə, bankların kredit portfeli 1% azalaraq 11 milyard 337.6 milyon manatdan 11 milyard 242,2 milyon manata enib.

Ötən ilin yanvar ayının sonu ilə müqayisədə isə bu azalma daha çoxdur. Belə ki, 2017-ci ilin analoji dövrüilə müqayisədə bankların müşərilərə verdiyi kreditlər 16 milyard 206.6 milyon manat olduğu halda, 1 il ərzində kreditin həcmində 5 milyard manat azalma baş verib.

Müəllif: Xeybər Heydərov