31yanvar 2018-ci il tarixinə Azərbaycanda fəaliyyət göstərən bankların cəmi aktivləri 28,169.7 mln. manat, cəmi öhdəlikləri isə 24,367.9 mln.manat təşkil edib. Maliyyə Bazarlarına Nəzarət Palatasından Fins.az-a verilən məlumata görə, sektorun balans kapitalı 3,801.8 mln. manat, əhalinin əmanətləri isə 7,482.5 mln.manat olub.2018-ci ilin yanvar ayı ərzində bank sektorunun aktivləri 0.9% (249 mln. manat), öhdəlikləri 0.6% (156 mln. manat), kapitalı isə 2.5% (93 mln. manat) artıb.
Fəaliyyət göstərən 30 bankın filiallarının sayı 511, şöbələrinin sayı 142, ATM-lərin sayı 2,439 olub. Bütövlükdə, bank sektorunun işçi heyəti 16,207nəfər təşkil edib.
Müəllif: Xeybər Heydərov