31 Oktyabr

"AtaBank"da yeni təyinat

Oruc İbrahimov "AtaBank" ASC-nin Marketinq və Kommunikasiyalar Departamentinin Direktoru vəzifəsinə təyin edilib. Bu barədə bankdan Fins.az-a bildirilib.

Oruc İbrahimov 2012-ci ilin fevral ayından AtaBank ASC-də bank fəaliyyətə başlayıb. O, ötən müddət ərzində müxtəlif departamentlərdə müxtəlif vəzifələrdə çalışıb, son 3 il ərzində Kommunikasiyalar və PR şöbəsinin rəisi vəzifəsini icra edib. Bu ilin mart ayından etibarən Marketinq və Kommunikasiyalar Departamentinin Direktoru vəzifəsinə təyin edilib.

Məlumat üçün bildirək ki, Oruc İbrahimov Qarabağ uğrunda mübarizə zamanı həlak olmuş Milli Qəhrəman Cavanşir İbrahimovun oğludur.