31 Oktyabr

FED rəhbərinin çıxışından sonra dolların qiyməti belə ola bilər

ABŞ-ın Federal Ehtiyat Sisteminin (FED) rəhbəri Cerom Pauelin (Jerome Powell) bu gün Vaşinqtonda, Birləşmiş İqtisadi Komissiya qarşısında iqtisadi perspektivlərin icmalı mövzusunda çıxışından sonra dolların məzənnəsi daha da yüksələ bilər. Fins.az"Report"-a istinadən xəbər verir ki, Amerika valyutası fevralın 27-də, FED rəhbərinin Konqresdəki çıxışından sonra bahalaşmağa başlayıb.

Son nəticədə USD/EUR nisbəti ,234-dən 1,218-ə düşüb.

Qeyd edək ki, bugünki məruzədən sonra C.Pauel jurnalistlərin suallarına cavab verəcək. İnvestorlar sual-cavab əsnasında maliyyə bazarlarının volatilliklə üzləşə biləcəyini bildirirlər.

Texniki təhlillər onu göstərir ki, USD/EUR məzənnəsi 1,2092 səviyyəsində qərarlaşa bilər. Danimarkanın "Danske Bank" investisiya bankının analitiklərinin fikrincə, bu səviyyə yenidən avroya uzunmüddətli meyllənmək üçün uyğun hesab olunur.