“StandardPoors” (“SP) beynəlxalq reytinq agentliyi “Kapital Bank” ASC-nin kredit reytinqi üzrə proqnozunu "Neqativ"dən "Stabil" dəyişib. Fins.az “Report”-a istinadən xəbər verir ki, agentlik həmçinin Bankın uzunmüddətli və qısamüddətli kredit reytinqini “BB-/B” səviyyəsində təsdiq edib.
“SP” hesab edir ki, artıq Azərbaycanın bank sektorunda vəziyyət sabitləşib.