31 Oktyabr

19 bank mənfəətlə işləyir

"Beynəlxalq Bankın aktivlərini nəzərə almasaq bank sektorunda artımın olduğunu görərik. Bank sektorunda likvid aktivlərin həcmi 6,7 milyard manat təşkil edib. Bu, bank sektorunun aktivlərinin 24 faizini təşkil edir. Ötən dövr ərzində öhdəliklər azalıb. 2017-ci ilin avqust ayından əmanət portfeli artıb. Həmçinin sevindirici haldır ki, dollarizasiya 48%-dən 42%-ə enib. Qeyri-işlək portfelində də azalma müşahidə edilməkdədir. İl ərzində yerli və xarici səhmdarlarla danışıqlar nəticəsində 900 milyon kapital artımının şahidi oluruq. Bank sektoru bir müddət zərərlə işləsə də 2017-ci ilin sonunda 19 bank mənfəətlə işləyib". Bu sözləri aliyyə Bazarlarına Nəzarət Palatasının baş icraçı direktorunun müavini Asim Zülfüqarov deyib.

Müəllif: Xeybər Heydərov