31 Oktyabr

Azərbaycanın kredit reytinqi iyulda bəlli olacaq

Fitch" Beynəlxalq Reytinq Agentliyi Azərbaycanın kredit reytinqinə növbəti dəfə iyulun 27-də baxacaq.

Fins.az xəbər verir ki, bunu Bakıda keçirilən konfransda agentliyin suveren Avropa ölkələri üzrə direktoru Ameliye Rou deyib.

Agentliyin rəsmisi iqtisadi və qiymət artımı ilə bağlı proqnozlarını da açıqlayıb: "Bu il Azərbaycanda ümumi daxili məhsul (ÜDM) 1,8%, gələn il isə 3,8% artacaq. 2017-ci ildə bu rəqəm 0,1% olub. 2018-ci ildə 9%, 2019-cu ildə isə 7% inflyasiya gözləyirik. 2017-ci ildə bu rəqəm 12,9% olub. Bu il Azərbaycanın xarici borcunun ÜDM-ə nisbəti isə 25,1%-ə çatacaq, gələn il isə 24,5%-ə düşəcək. 2017-ci ildə bu nisbət 24,6% olub. 2018-2019-cu illərdə ÜDM-də cari hesab balansı müvafiq olaraq 3 və 5,2% təşkil edəcək. Xatırladaq ki, ötən il isə bu göstərici 3,1% olub".

Müəllif: Xeybər Heydərov