31 Oktyabr

"Fitch" Azərbaycan İpoteka və Kredit Zəmanət Fondunun reytinqi üzrə proqnozu

"Fitch" beynəlxalq reytinq agentliyi Azərbaycan İpoteka və Kredit Zəmanət Fondunun kredit reytinqini "BB+" səviyyəsində təsdiqləyib, kredit reytinqi üzrə proqnozunu isə "neqativ"dən "stabil"ə artırıb. Fins.az xəbər verir bu barədə Report "Fitch"ə istinadən məlumat yayıb.

Agentlik proqnozun "stabil"ə qədər artırılmasını, Azərbaycanın suveren reytinqi üzrə proqnozu ilə bərabərləşdirdiyi ilə izah edib.

Qeyd edək ki, "Fitch" 2018-ci il fevralın 2-də Azərbaycanın kredit reytinqi üzrə proqnozunu "stabil"ə qədər artırıb.