2017-ci ildə Azərbaycan Respublikası Dövlət Neft Fonduna (ARDNF) "VTB Bank" tərəfindən 402 mln. 154,826 min rubl (və ya 6 mln. 920 min 672 ABŞ dolları) məbləğində dividend gəliri ödənilib. Fins.az xəbər verir ki, bu barədə "APA-Economics"in sorğusuna cavab olaraq ARDNF-dən məlumat verilib.
Bununla da, "VTB bankı"na edilən ilkin investisiya tarixindən (2013-cü il) müvafiq dövrün sonuna qədər olan müddət ərzində ARDNF-yə ödənilmiş toplam dividend gəliri 1 mlrd. 605 mln. 182 min 82 rubl (və ya 32 mln. 192 min 942 ABŞ dolları) təşkil edib.
Qeyd edək ki, 2013-cü ildə ARDNF "Bank VTB" ASC tərəfindən emissiya edilmiş 500 mln. ABŞ dolları həcmində səhmləri alaraq bankın ümumi səhm kapitalında 2,95%-lik paya sahib olub.