“Bank VTB (Azərbaycan)” ASC-nin səhmdarları “Bank VTB” və “Bank VTB 24” yenidən təşkil olunublar. Məlumata görə, yenidən təşkil olunma nəticəsində “Bank VTB 24” 03.10.2017-ci il tarixli Qoşulma Müqaviləsinə əsasən “Bank VTB”yə qoşularaq 1 yanvar 2018-ci il tarixindən ləğv olunub. Fins.az Banker.az-a istinadən xəbər verir ki, bu barədə “Bank VTB (Azərbaycan)” ASC İdarə Heyətinin Sədrinin açıqlamasına istinadən bildirir.
Məlumatda həmçinin bildiririk ki, “Bank VTB 24″yə məxsus “Bank VTB (Azərbaycan)” ASC-nin 124 496 737 ədəd adi adlı sənədsiz səhmləri hüquq varisliyi qaydasında “Bank VTB (Rusiya) ” PSC-yə keçib. Beləliklə “Bank VTB (Rusiya)” PSC-nin bankdakı səhmlərinin pay bölgüsü 99,99% olub.
Qeyd edək ki, “Bank VTB (Azərbaycan)” ASC-nin nizamnamə kapitalı hazırda 50 815 000 manatdır.
Xatırladaq ki, “Bank VTB (Azərbaycan)”nın səhmlərində bundan öncə 51,00% – “Bank VTB (Rusiya)”, 48,99% – “Bank VTB 24 (Rusiya)” və 0,01% – Adigözəl Ağayevə məxsus idi.