31 Oktyabr

Bu banklar manatla avtomobil krediti verir - SİYAHI

Hazırda ölkəmizdə fəaliyyət göstərən bankların yalnız bir qismi manatla avtomobil krediti verir. Bu yazıda banklarda milli valyutada verilən avtomobil kreditlərinin faiz dərəcələri təqdim edilib.Fins.az BBN.az-ın bazar araşdırması təqdim edir.

Belə ki, avtomobil krediti verən bankların təklif etdiyi faiz dərəcəsi 10-28% arasında dəyişib. Bankların içərisində ən aşağı faiz dərəcəsi “NBCBank ASC”də (10-26%), “AtaBank ASC”də (15-20%), “Naxçıvanbank ASC”də (16-18%) qeydə alınıb.

Ən yüksək faiz dərəcəsi isə “AccessBank ASC”yə (25-28%) məxsus olub.

Bankın adı İllik faiz (%) Maksimum məbləğ,

manatla

Müddət

(ay)

İlkin ödəniş (avtomobilin qiyməti üzrə)
AccessBank QSC 25-28 50 000 24 40%-50%
AtaBank ASC 15-20 60 40%-50%
Bank BTB ASC 25-27 80 000 36 40%-80%
Bank Melli İran Bakı filialı 18-25 10 000 36
Bank VTB (Azərbaycan)ASC 21 minimum 3000 6-60 40%-50%
Günay Bank ASC 18-20 200 000
Naxçıvan Bank 16-18 50 000 36
NBCBank ASC 10-26 500 000 60
Rabitəbank ASC 18-22 36 40%-50%
TuranBank ASC 18-20 50 000 36 40%-50%
Yapı Kredi Bank Azərbaycan QSC 23-24 minimum 3000 12-36 40%-80%