31 Oktyabr

Azərbaycanda 8 bankın depozit portfeli azalıb

Bu il yanvarın 1-nə olan vəziyyətə görə, Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 8-nin depozit portfeli illik müqayisədə azalıb. Fins.az Renkinq-ə istinadən xəbər verir ki, bunlar "Unibank", "Amrah Bank", "Bank Avrasiya", "Nikoyl Bank", "Azərbaycan Beynəlxalq Bankı", "Bank Respublika", "Bank of Baku" və "Azər-Türk Bank"dır.

Ən çox azalma "Azər-Türk Bank"da (17,9%), ən az azalma isə "Unibank"da (1,8%) qeydə alınıb.

Qalan 22 bankın isə depozit portfeli isə artıb. Ən yüksək dinamika "AFB Bank"da (3 dəfə), ən aşağı dinamika isə "AGBank"da (0,2%) baş verib.