31 Oktyabr

Vüqar Bayramov: Bəzi banklarda şəffav hesabatlıq sistemi yoxdur

Baxmayaraq ki, hazırda ölkəmizdə fəaliyyət göstərən 30 bankdan 15-i Açıq Səhmdar Cəmiyyət tipli banklardı və bu zaman bu bankların səhmlərini almaq mümkündür. Lakin demək olar ki, ölkəmizdə bu bankların səhmləri haqqında yetərincə məlumat yoxdur. Bankların səhmləri haqqında nə üçün yetərincə məlumat yoxdur sualına Vüqar Bayramlı belə cavab verib.

Ölkəmizdə olan ASC bankların səhmləri haqqında məlumatın olmamasına iki əsas səbəb var. Birincisi ona görədir ki, çox təəsüfki Azərbaycan banklarında koorporativ idarə etmə formalaşmayıb. Koorporativ idarə etmə formalaşmadığı üçün 2016-cı ildə bağlanan 10 bankın təcrübəsi göstərir ki, koorporativ idarəetmənin formalaşmaması banklarda şəffaf sistemin qurulmasına imkan vermir. Ona görə biz hazırda heç də bütün banklarda şəffav və hesabatlıq sisteminin olmasını söyləyə bilmərik. Təbii ki, şəffaf banklarımız var. Amma onların sayı çox azdır. Bu da təbii ki, bankların səhmləri ilə bağlı məlumatların bölüşdürülməsinə imkan vermir. Oan görə də bu qiymətlər cəmiyyətə təqdim olunmur.

İkinci səbəb səhm bazarının zəif inkişaf etməsi ilə bağlıdır. Qiymətli kağızlar bazarının zəif inkişaf etməsi səhmlər indeksasiyası praktik olaraq olmadığı üçün nəinki bankların həmçinin digər şirkətlərin səhmlərinin satılmasına imkan vermir. Qiymətli kağızlar bazarının inkişaf etməsinə ehtiyac var. Bu sahədə səhmdar cəmiyyətlərin artmasına ehtiyac var. Həmçinin koorporativ idarə etmə inkişaf etməlidir.

Müəllif: Xeybər Heydərov