31 Oktyabr

Ölkə vətəndaşlarının bir ildə aldığı dolların həcmi açıqlandı

2017-ci il ərzində valyuta bazarının ümumi həcmi ötən illə müqayisədə azalıb.

Fins.az Mərkəzi Banka istinadən xəbər verir ki, 2016-cı illə müqayisədə ABŞ dolları ilə valyuta əməliyyatlarının həcmi 5.8%, avro ilə əməliyyatların həcmi isə 5.4% azalıb.

Dövr ərzində valyuta bazarında əməliyyatların 83%-i ABŞ dollarında, 17%-i digər valyutalarda aparılıb. Valyuta bazarının həcminin azalması nağd xarici valyuta bazarı seqmentində də müşahidə edilib.

Banklar tərəfindən 2016-cı il ərzində 445.4 mln. ABŞ dolları xalis valyuta satışı həyata keçirildiyi halda, 2017-ci ildə 26.5 mln. ABŞ dolları xalis satış həyata keçirilib ki, bu da manatın məzənnəsinin sabitliyi ilə əlaqədardır.