“Azər Turk Bank” ASC-nin 3 əməkdaşı bankdan ayrılıb. Fins.az xəbər verir ki, işdən ayrılanlar Strateji planlaşdırma və marketinq Departamentinin rəhbəri Leyla Məmmədova, bundan əlavə, Bankın strateji planlaşdırma üzrə aparıcı mütəxəssisi Aslan Həsənli və marketinq və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mahir Eyvazovdur. Məlumat üçün qeyd edək ki, bu barədə Leyla Məmmədova öz facebook səhifəsində yazıb. Hazırda bankda adı çəkilən postlara heç kim təyin olunmayıb.
Müəllif: Xeybər Heydərov