Hazırda Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 15-i Açıq Səhmdar Cəmiyyətdir yəni ASC banklardır. Fins.az xəbər verir ki, Açıq Səhmdar Cəmiyyət dedikdə təsərrüfat fəaliyyətini həyata keçirmək məqsədilə nizamnamə fondunu səhm buraxmaq yolu ilə formalaşdıran fiziki və ya hüquqi şəxslərin könüllü sazişi əsasında yaradılan müəssisədir. Bu zaman risklər bankın təsisçiləri arasında bölünür. Səhmdar cəmiyyəti qapalı, yaxud açıq tipli səhmdar cəmiyyəti formasında ola bilər.
Səhmləri müstəqil surətdə özgəninkiləşdirilə bilən cəmiyyət açıq tipli səhmdar cəmiyyəti hesab olunur. Qapalı səhmdar cəmiyyətdə isə səhmləri yalnız təsisçilər arasında bölüşdürülən və təsisçilərin əksəriyyətinin razılığı ilə özgəninkiləşdirilə bilən cəmiyyətidir.
Eləcədə Bax: Bu bankın səhmləri 12-13 qəpiyə satılır – AZƏRBAYCANDA
Qeyd edək ki, ASC bankların səhmləri həm alına həm də satıla bilər. Azərbaycanda ASC tipli bankların siyahısı isə belədir.
“AFB Bank”
“AG Bank”
“Amrah Bank”
“ASB Bank”
“Atabank”
“Azər Türk Bank”
“Bank Respublika”
“Azərbaycan Beynəlxalq Bank”
“Kapital Bank”
“Nikoil Bank”
“Paşa Bank
“Turanbank”
“Unibank”
“Bank VTB” (Azərbaycan)
“Xalq Bank”
Müəllif: Xeybər Heydərov