31 Oktyabr

Azərbaycana xaricdən pul köçürmələri 2 dəfədən çox artıb

2017-ci ildə iqtisadi tərəfdaş ölkələrində yaranmış vəziyyət qeyri-neft ixracı ilə yanaşı, ölkəyə daxil olan pul baratlarının dinamikasına da təsir edib.

Fins.az Report -a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının “Pul siyasəti icmalı”nda bildirilir.

Məlumata görə, ilkin rəqəmlərə əsasən 2017-ci ildə ölkəyə daxil olmuş pul baratlarının dəyəri 1,2 mlrd. ABŞ dolları təşkil edib ki, bu da 2016-cı illə müqayisədə 2,1 dəfə, 2015-ci ilə nisbətən isə 1,8% çoxdur.