31 Oktyabr

“Qara bazar”da dollar rekord həddə ucuzlaşdı

Fevral ayının 19-da “qara bazar”da dolların ucuzlaşıb. Fins.az-ın fərdi qaydada valyuta satışı ilə məşğul olan şəxslərdən əldə etdiyi məlumata görə, dolların alışı 1.6950 manatdan 1.6900 manata, satışı isə 1.6970 manatdan 1.6960 manata düşüb. Qeyd edək ki, sonuncu dəfə dollar bu məzənnə ilə 2017-ci ilin iyul ayında satılıb.
Avropa valyutasının satışı nisbətən ucuzlaşıb. Avronun alışı 2.07 manatdan 2.05 manata düşüb, alışı isə 2.10 manat təşkil edib.

“Qara bazar”dan bildirilib ki, rubl satışı nisbətən bahalaşıb. Rublun alışı 2.90 qəpikdir. Satışı isə 2.94 qəpikdən 2.95 qəpiyə yüksəlib.