31 Oktyabr

Hesablama Palatası bu ölkənin Palatası ilə müqavilə imzalayıb

Bakıda “Ali Maliyyə Nəzarəti Orqanlarının fəaliyyətində səmərəliliyin qiymətləndirilməsi təcrübəsində keyfiyyət göstəricilərinin əhəmiyyəti ” mövzusunda Seminar keçirilib.

2018-ci il fevral ayının 20-21 də Azərbaycan Respublikası Hesablama Palatasında Ali Maliyyə Nəzarəti Orqanlarının (AMNO) fəaliyyətində səmərəliliyin qiymətləndirilməsi təcrübəsində keyfiyyət göstəricilərinin əhəmiyyəti” mövzusunda Seminar keçirilib.

2017-ci il sentyabr ayının 5-6-da Bakı şəhərində keçirilmiş MDB üzv olan dövlətlərin Ali Maliyyə Nəzarəti Orqanlarının Rəhbərlər Şurasının XVII sessiyasında qəbul olunmuş İş Planına əsasən Azərbaycan Respublikası Hesablama Palatasının sədrliyi ilə iki gün davam edəcək Seminarda Rusiya Federasiyasının Hesablama Palatasının, Belarus Respublikasının Dövlət Nəzarət Komitəsinin, Qazaxıstanın Respublika büdcəsinin icrasına nəzarət üzrə Hesablama Komitəsinin, Qırğızıstan Respublikası Hesablama Palatasının nümayəndə heyətləri iştirak edirlər. Tədbirdə iştirakçı qurumların nümayəndə heyətlərinin mövzu üzrə məruzələri dinləniləcək, müzakirələr aparılacaq.

Eyni zamanda 21 fevral 2018-ci il tarixində Azərbaycan Respublikası Hesablama Palatası və Rusiya Federasiyası Hesablama Palatası arasında ikitərəfli əməkdaşlıq çərçivəsində sosial təminat üzrə ödənişləri həyata keçirən fondların auditi, eləcə də tibb, təhsil, mədəniyyət, kinemotoqrafiya və tibbi sığorta sahələrinə ayrılmış büdcə vəsaitlərinin auditi üzrə təcrübə mübadiləsi aparılacaq.

Müəllif: Xeybər Heydərov