31 Oktyabr

Bankların fevral ayı üzrə aktiv nağd kredit kampaniyaları

Fins.az Banker.az-a istinadən ən sərfəli təklifləri araşdırıb təqdim edir. Bu ənənəyə sadiq qalaraq nağd istehlak kreditləri bazarına göz gəzdirdik və mövcud durumu oxucularımız üçün təhlil etdik. Hal-hazırda nağd kreditlər üzrə aşağıdakı aktiv kampaniyalar mövcuddur.

Bank of Baku

Kampaniyanın son günü – 03.03.2018

Kampaniya şamil olunan müştəri seqmenti – Bankdan nağd kredit əldə edən bütün müştərilər.

Kampaniya güzəştləri – Bankdan nağd pul krediti əldə edən müştərilərə illik faiz dərəcəsində 5% endirim edilir.

Kreditin digər şərtləri:

  • Maksimal məbləğ – 15 000 AZN;
  • Müddət – 36 ay;
  • Komissiya – 1%;
  • Zamin – Kredit tarixçəsi qənaətbəxş olduqda 5000-dək, qeyri-qənaətbəxş olduqda 3000-dək zaminsiz.

Qeyd: Kampaniya çərçivəsində verilən kreditlər üzrə minimal illik faiz dərəcəsi 23 % təşkil edir.

Bank Respublika

Kampaniyanın son günü – 28.02.2018

Kampaniya şamil olunan müştəri seqmenti: Neft – qaz sektorunda fəaliyyət göstərən müəssisələrdə çalışan şəxslər.

Kampaniya güzəştləri – Kampaniya şamil edilən müştəri seqmenti Bankdan nağd pul krediti əldə etdikdə aşağıdakı endirimləri əldə edir.

  • Kreditin illik faiz dərəcəsində 3%-dək endirim;
  • Kreditin komissiyasında 50%-dək endirim

Kreditin digər şərtləri:

  • Maksimal məbləğ – 10 000 AZN;
  • Müddət – 36 ay;
  • Zamin – rəsmi gəlirdən asılı olaraq 10 000 AZN-dək zaminsiz rəsmiləşmə mümkündür.

Qeyd: Kampaniya çərçivəsində verilən kreditlər üzrə illik faiz dərəcəsi 23%-dən, komissiya isə 0.5%-dən başlayır.

Unibank – “krediti indi al, yazda ödə!”

Kampaniyanın son günü – 25.02.2018

Kampaniya şamil olunan müştəri seqmenti: Bankdan nağd istehlak və mikro kreditləri əldə edən müştərilər.

Kampaniya güzəştləri – Kampaniya güzəştləri aşağıdakılardan ibarətdir:

  • kreditlər üzrə ilk 3 ayda yalnız faiz borcu ödənilir, əsas borcun ödənişi isə 4-cü aydan başlayır;
  • Kreditin komissiyasında 50%-dək endirim

Kreditin digər şərtləri:

  • Maksimal məbləğ – 15 000 AZN;
  • Müddət – 36 ayadək;
  • Faiz – 23% – 28%
  • Zamin – Fərdi olaraq baxılır.

Qeyd: Kampaniya çərçivəsində verilən kreditlər üzrə illik faiz dərəcəsi 23%-dən, komissiya isə 0.5%-dən başlayır.

Rabitəbank

Kampaniyanın son günü – 31.03.2018

Kampaniya şamil olunan müştəri seqmenti: Güc strukturlarında çalışan şəxslər.

Kampaniya güzəştləri – Kampaniya çərçivəsində güc strukturlarında çalışan şəxslər Bankdan nağd pul krediti əldə etdikdə illik faiz dərəcəsinə 6%-dək endirim edilir.

Kreditin digər şərtləri:

  • Maksimal məbləğ – 10 000 AZN;
  • Müddət – 24 ayadək;
  • Faiz – 24%;
  • Komissiya: Rəsmiləşmə – 1%, Sığorta – 2%-dək
  • Zamin – 3000 AZN-dək zaminsiz.

Kapitalbank – (“2 Fevral – Gənclər günü” münasibətilə)

Kampaniyanın son günü – 28.02.2018

Kampaniya şamil olunan müştəri seqmenti: Yaşı 35-dək olan şəxslər.

Kampaniya güzəştləri – Kampaniya Bankdan nağd pul krediti əldə edən gənclərə aşağıdakı endirimlər təqdim olunur.

  • İllik faiz dərəcəsinə 2% endirim edilir.
  • Rəsmiləşmə komissiyası (1%) tutulmur.
  • Pulsuz “Birkart” kredit kartı təqdim olunur.

Kreditin digər şərtləri (yalnız Kapitalbank-dan əmək haqqı və ya təqaüd alan müştərilər faydalana bilər):

  • Maksimal məbləğ – 20 000 AZN;
  • Müddət – 48 ayadək;
  • Sığorta komissiyası – 5%
  • Zamin – Fərdi olaraq baxılır.

Qeyd: Kampaniya çərçivəsində verilən kreditlər üzrə illik faiz dərəcəsi 27.84%-dən başlayır.