Əmanətlərin Sığortalanması Fondu ləğv prosesində olan "Gəncəbank" ASC-nin növbəlikdə sonuncu sırada olan təminatsız kreditorların tələblərinin növbəti ödənişi 12 fevral 2018-ci il tarixdən başlayıb. Fins.az xəbər verir ki,tələblərin ödənişi nağdsız qaydada həyata keçirilir.
Kreditorlardan xahiş olunur ki, tələblərin ödənişi ilə bağlı ləğv prosesində olan “Gəncəbank” ASC-nin Gəncə şəhəri, Atatürk prospekti 260 ünvanında yerləşən inzibati binasınavə Əmanətlərin Sığortalanması Fondunun Bakı şəhəri, Babər prospekti, 16 ünvanında yerləşən binasına müvafiq sənədlərlə müraçiət etsinlər və bank rekvizitlərini qeyd etsinlər.
Müəllif: Xeybər Heydərov