Almaniyada sıfır nominallı valyuta buraxılıb. Lakin bu yeni avroların dəyəri sıfır olduğundan bu pula nəsə almaq mümkün deyil. Fins.az xəbər verir ki, yeni pullar hazırkı avro ilə heçnə ilə fərqlənmir. Bu yeni avrolarda digər avrolar kimi xüsusi mühafizə göstyəriciləri var.
İlk sıfır banknotları 2015-ci ildə buraxılıb. Lakin o zaman bu pullar tez bir zamanda kolleksionerlər tərəfindən toplanıldığından, 2016-cı ildə yenidən bu pulları suvenir şəklində buraxılmağına qərar verilib. Yeni avrolar hər il bir mövzuya həsr olunur. 2016-cı ildə bu banknotlar heyvanlara həsr olunmuşdu. Bu il isə bir neçə mövzu təklif olunub.
Sıfır nominallı avrolar məhdud sayda tirajla buraxılır. Bu cür sıfır avronun qiyməti isə 2-2.5 avro arasında dəyişir.
Müəllif: Xeybər Heydərov