2018-ci il kriptovalyutalar üçün yaxşı başlamasa da, son 4 ayda onlarla ticarət edən hedc fondlarının sayı 2 dəfə artaraq 226-ya çatıb.
Fins.az xəbər verir ki, bu barədə məlumatı "Autonomous NEXT" araşdırma şirkəti yayıb.
Sinqapurda yerləşən və Yaponiyanın nüfuzlu " Mizuho" bankının törəməsi olan "Eurekahedge" araşdırma şirkəti isə bəyan edib ki, 2017-ci ildə hedc fondlarının kriptovalyutalardan orta gəlir marjası 1 478% təşkil edib. Bu ilin yanvar ayında isə onlar 4,6% zərər ediblər.
"Autonomous NEXT"ə görə, hedc fondları hazırda kriptovalyuta bazarında 3,5-5 mlrd. ABŞ dolları dəyərində aktivlərə malikdir. Kriptovalyuta müətəxəssisi və məşhur investor Mayk Novoqrats (Mike Novogratz) bildirib ki, bazara institutsional investorların gəlməsi ilə kriptovalyuta bazarının kapitallaşması artacaq.
©Report