31 Oktyabr

"Rosbank": Yaxın 6 ayda dolların məzənnəsi 60 rubla çatmayacaq

Yaxın bir il ərzində ABŞ dollarının qlobal bazarlarda əksər valyutalara, xüsusilə avro və yenə qarşı ucuzlaşacağı ehtimal edilir. Fins.az "Report"-a istinadən xəbər verir ki, bu proqnoz Fransanın "Societe Generale" maliyyə qrupuna aid olan Rusiya "Rosbank"ı tərəfindən verilib.

"Rosbank"ın proqnozlarına görə, avro/dollar məzənnəsi 2018-ci ilin iyun ayına 1,26 USD/EUR, 2019-ci ilin mart ayına 1,32 USD/EUR səviyyəsində olacaq. Rusiyada isə ilin ilk yarısında dolların məzənnəsi 57-59,6 rubl diapazonunda dalğalanacaq. Dolların qlobal bazarlarda ucuzlaşması inkişaf etməkdə olan ölkələrin valyutalarına müsbət təsir edəcək.