31 Oktyabr

“Rabitəbank”ın rəhbərliyinə təyinat olub

“Ata Bank”dan “Rabitəbank”a transfer olub. Belə ki, Ata Bankdan Orxan Gültəkin “Rabitə Bank” ASC-nin İdarə Heyəti Sədrinə müavin təyin edilib. Fins.az Banker.az-a istinadən xəbər verir ki, Orxan Gültəkin “Rabitəbank”da bu aydan artıq fəaliyyətə başlayıb.

Bundan öncə O, “CDB Bank”da çalışırdı və banklar konsolidasiya olduqdan sonra “Ata Bank” ASC-nin Marketinq və Kommunikasiyalar Departamentinin Direktoru vəzifəsinə təyin edilib