31 Oktyabr

Bu banklar ötən il xüsusi ehtiyatların yaradılmasına vəsait ayırmayıb

Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 6-sı 2017-ci ildə xüsusi ehtiyatların yaradılmasına vəsait ayırmayıb. Bunlar Pakistan Milli Bankının Bakı filialı, "Azər-Türk Bank", İran Milli Bankının Bakı filialı, "Bank BTB", "Bank VTB Azərbaycan"dır. Fins.az Renkinq-ə istinadən xəbər verir ki,adı çəkilən banklar ehtiyatlara ayırmalar üzrə müxtəlif məbləğlərdə qənaət ediblər.

Qalan 24 bank isə xüsusi ehtiyatların yaradılmasına vəsait ayırıb. Ən çox ayırma "Kapital Bank"da (48,735 milyon manat), ən az ayırma isə "Naxçıvan Bank"da (34 min manat) qeydə alınıb.